Danimarkalılar Avro-2012-də ilk sensasiyaya imza atıblar

Danimarkalılar Avro-2012-də ilk sensasiyaya imza atıblar
# 09 iyun 2012 19:51 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə 14-cü Avropa çempionatının ikinci günündə ilk görüş keçirilib. B qrupunda yer alan Hollandiya və Danimarka yığmaları Xarkovda üz-üzə gəliblər. Gözlənildiyinin əksinə olaraq oyun 1:0 hesabı ilə danimarkalıların xeyrinə başa çatıb. Yeganə topu 24-cü dəqiqədə Kron-Deli vurub. Komandalar görüşdə aşağıdakı heyətdə çıxış ediblər - Hollandiya: Stekelenburq, Van der Vil (Kayt), Heytinqa, Vlaar, Villems, Van Bommel, Sneyder, Robben, De Yonq (Van der Vaart), Van Persi, Afellay (Huntelaar)
Danimarka: Andersen, Kyer, Agger, S.Poulsen, L.Yakobsen, Kvist, Zimlinq, Erikssen (Şene), Kron-Deli, Rommedal (Mikkelsen), Benntner

Oyunu sloveniyalı hakim Damir Skomina idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR