Ruslan Əmirvcanov: “Pulu fikirləşsəydim, elə “Neftçi”də qalardım”

Ruslan Əmirvcanov: “Pulu fikirləşsəydim, elə “Neftçi”də qalardım”
# 11 iyun 2012 11:18 (UTC +04:00)
Bakı – APA. “Demək olar “Neftçi”dən ayrılmışam. Yeni mövsümə başqa komandada başlayacam”. Bu sözləri apasport.az saytına millimizin üzvü, son mövsümü “Neftçi”nin heyətində keçirən Ruslan Əmircanov deyib.
Ardıcıl 2 mövsümdə “ağ-qaralar”la çempion olan müdafiəçi özünə yeni komanda axtarır. Daha doğrusu, “İnter” və “Xəzər Lənkəran”ın maraq dairəsinə düşən futbolçu seçim etməlidir.
Hələlik heç bir klubla müqavilə imzalamasa da, Əmircanov özlüyündə seçim etdiyini gizlətməyib. O, seçimini paytaxt təmsilçisinin xeyrinə edib: “Nə gizlədim, “İnter”ə keçəcəm. Bəli, “Xəzər Lənkəran”dan da təklif almışdım. Amma əsas heyətdə özümə yer tapa biləcəyim komandaya üstünlük verməli idim ki, bu “İnter” oldu”.
O, maliyyə şərtlərinə gəldikdə, maraqlı açıqlama verib. Futbolçu heç də pul arxasınca qaçmadığını vurğulayıb: “Neftçi”dən ayrılmağım pulla bağlı deyildi. Əslində, “Xəzər Lənkəran”dan daha çox cəlbedici təklif almışdım. Amma oynamaq istəyirəm. Pul arxasınca qaçsaydım, Lənkərana gedərdim. Guya bilmirəm ki, “İnter”də maliyyə şərtləri necədir. Orada mükafat fondu da fərqlidir. Gərək bir ay ərzində keçirdiyin 4 oyundan 8 xal toplayasan ki, mükafat alasan. Ancaq “Neftçi”də bir oyunu udanda həmin “premyanı” alırdım. Pulu seçsəydim, qalardım “Neftçi”də. Ya da “Xəzər Lənkaran”ı seçərdim”.
O, “İnter”in Türkiyədə paytaxta dönüşündən sonra komanda ilə müqavilə imzalayacağını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR