Avropa çempionatında yeni rekord vurulub

Avropa çempionatında yeni rekord vurulub
# 13 iyun 2012 09:12 (UTC +04:00)
Bakı – APA. Çexiya millisinin futbolçusu Petr Yiraçek AVRO-2012-nin tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Yunanıstanla oyunun 3-cü dəqiqəsində hesabı açan 26 yaşlı yarımmüdafiəçi turnirin ən erkən qolunun müəllifi olub.

Hakimin start fitindən 2 dəqiqə 14 saniyə sonra fərqlənən Yiraçek 2 gün əvvəl erkən qol vuran Mario Mandjukiçin rekordunu 24 saniyə yeniləyib.

Almaniyanın “Volfsburq” klubunda çıxış edən çexiyalı Avropa çempionatlarının final mərhələləri tarixində 3-cü göstəriciyə şərik olub. Əfsanəvi Alan Şirerə çatan Petr yalnız postsovet məkanı təmsilçilərindən geri qalır. Yiraçek rusiyalı Dmitri Kiriçenkodan 2 dəfə gec fərqlənibsə, Sergey Aleynikovdan cəmi 7 saniyə geri düşüb.

yer

tarix

futbolçu

oyun

hesab

Dəqiqə

1

20.06.2004

Dmitri Kiriçenko (Rusiya)

Rusiya - Yunanıstan

2:1

1:07

2

18.06.1988

Sergey Aleynikov (SSRİ)

ingiltərə - SSRİ

1:3

2:07

3-4

12.06.2012

Petr Yiraçek (Çexiya)

Çexiya - Yunanıstan

2:1

2:14

3-4

26.06.1996

Alan Şirer (İngiltərə)

Almaniya – İngiltərə

1:1, p.5:6

2:14

5

24.06.2004

Maykl Ouen (İngiltərə)

Portuqaliya – İngiltərə

2:2, p.5:6

2:25

6

13.06.1996

Xristo Stoiçkov (Bolqarıstan)

Bolqarıstan - Rumıniya

1:0

2:27

7

10.06.2012

Mario Mandjukiç (Xorvatiya)

Xorvatiya - İrlandiya

3:1

2:38

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR