“Qəbələ” Polşa millisində oynamış futbolçunu transfer etmək istəyir

“Qəbələ” Polşa millisində oynamış futbolçunu transfer etmək istəyir
# 13 iyun 2012 10:00 (UTC +04:00)
Bakı – APA. Qapıçı axtarışında olan “Qəbələ” vaxtilə Polşa yığmasında oynamış Marius Paveleki transfer etmək istəyir. Bu barədə apasport.az saytına açıqlamasında komandanın baş meneceri Zaur Əzizov məlumat verib.

O bildirib ki, ötən ildən Türkiyədə “Konyaspor” klubunda forma geyinən təcrübəli qapıçı transfer siyahılarında yer alıb.

Qəbələlilər latviyalı Pavel Doroşevlə yollarını ayırdıqdan sonra güclü əcnəbi qapıçı axtarır. Əzizovun sözlərinə görə, “çərçivə” ilə bağlı bir neçə variantı nəzərdən keçirirlər.

“Biz Paveleklə maraqlanırıq. Ancaq alternativlərimiz də var ki, 3-4 qapıçı arasında seçim edəndən sonra yekun qərar verəcəyik. Transfer siyahısında çoxlu legioner var. Onların klubları ilə müqavilələri olduğundan, məsələlərinin həllini gözləyirik. Qapı ilə yanaşı, müdafiənin mərkəzinə və hücum xəttinə legionerlər axtarırıq. Danışıqlar müsbət yekunlaşandan sonra bir neçə legionerin transferini reallaşdıracağıq” – deyə, Əzizov bildirib.

Futbolçu karyerasına 1999-cu ildə “Odra”da başlayan 31 yaşlı Pavelek 2005-ci ilədək bu komandanın şərəfini qoruyub. Keçirdiyi 49 matçda hələ 1 qol da vurub. 2005-2010-cu illərdə isə Krakov “Visla”sında 101 oyun keçirib.

2010/11 mövsümünün dövrlərarası fasiləsində karyerasında ilk dəfə legioner həyatı yaşayan qapıçı “Konyaspor”a keçib. Həmin vaxt Superliqada çıxış edən Pavelek ötən mövsümü komandası ilə birgə Bank Asiya I liqada keçirib və ümumilikdə 39 matçda meydana çıxıb. 2006-cı ildə cəlb olduğu yığmasında 4 oyun keçirib.

Mehman SÜLEYMANOV
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR