Ruslan Abışov “Xəzər Lənkəran”la müqavilə bağlayır

Ruslan Abışov “Xəzər Lənkəran”la müqavilə bağlayır
# 13 iyun 2012 10:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun “Xəzər Lənkəran”a keçidi rəsmiləşmək üzrədi. Apasport.az saytının məlumatına görə, 6 ildir formasını geyindiyi “Neftçi” ilə yeni müqavilə bağlamaq istəməyən 25 yaşlı müdafiəçi artıq cənub təmsilçisinin düşərgəsinə yollanıb.

Ruslan bu gündən iyunun 5-dən Zalsburqda təlim-məşq toplanışında olan “ağ-yaşıllar”ın sıralarına qoşulacaq. “Xəzər Lənkəran”la 2 illik müqavilə razılaşdıran Abışov bununla da cənubluların ilk yerli transferi olacaq.

Onunla elə bu gün rəsmi müqavilənin bağlanması gözlənilir.

Qeyd edək ki, Ruslan karyerasını bunadək yalnız “Neftçi”də keçirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR