Avro-2012-də Portuqaliya ilk qələbəsini qazanıb

Avro-2012-də Portuqaliya ilk qələbəsini qazanıb
# 13 iyun 2012 19:51 (UTC +04:00)
Bakı-APA. Bu gün Avro-2012-nin final mərhələsinin B qrupunda II tura start verilib. İlk görüşdə Lvovda Portuqaliya və Danimarka yığmaları üz-üzə gəliblər. Oyun 3:2 hesabı ilə Portuqaliya yığmasının xeyrinə başa çatıb. Qolları Portuqaliyadan Pepe (24), Poştiqa (36), Varela (87), Danimarkadan isə Bendtner (41 və 80) vurublar. Bu görüşdən sonra hər iki komandanın 3 xalı var.

Komandalar oyuna aşağıdakı heyətdə çıxıblar:
Danimarka: Andersen, Yakobsen, Kyaer, Aqqer, Poulsen, Kvist, Zimlinq (Y.Poulsen), Rommedal (Mikkelsen), Eriksen, Kron-Deli (Şene), Bendtner
Portuqaliya: Patrisio, Pereyra, Alveş, Pepe, Koentrao, Meyreleş (Varela), Velozo, Moutinyo, Nani (Rolandu), Poştiqa (Oliveyra), Ronaldo

Oyunu şotlandiyalı Kreya Tomson idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR