Almaniya Avropa çempionatında ikinci qələbəsini qazanıb

Almaniya Avropa çempionatında ikinci qələbəsini qazanıb
# 13 iyun 2012 22:35 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Avropa çempionatında B qrupunda günün ikinci oyunu keçirilib. Xarkovda Hollandiya və Almaniya milliləri üz-üzə gəliblər. Oyun başa çatıb. Qolları Almaniyadan Qomes (24, 38), Hollandiyadan isə van Persi (73) vurublar. Beləliklə, iki turdan sonra Almaniya millisi 6 xalla B qrupunda təkbaşına liderliyə yüksəlib. Hollandiya yığmasının isə xalı yoxdur.

Komandalar oyuna aşağıdakı heyətdə çıxıblar:
Hollandiya: Stekelenburq, van der Vil, Heytinqa, Matiysen, Villems, de Yonq, van Bommel (Van der Vaart), Robben (Kayt), Sneyder, Afellay (Huntelaar), van Persi
Almaniya: Noyer, Boatenq, Hummels, Badştuber, Lam, Xedira, Kroos, Müller (Bender), Özil (Kroos), Podolski, Qomes (Kloze)

Oyunu isveçli Yonas Erikson idarə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR