UEFA Almaniya və Portuqaliyanı cərimə edib

UEFA Almaniya və Portuqaliyanı cərimə edib
# 15 iyun 2012 01:23 (UTC +04:00)
Bakı-APA. UEFA-nın nəzarət-intizam komissiyası iyunun 9-da “Avro-2012”-nin Ukraynanın Lvov şəhərində keçirilən Almaniya və Portuqaliya yığmaları arasında matç zamanı baş vermiş insidentləri müzakirə edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Almaniya Futbol İttifaqı “alman fanatlarının futbol meydançasına kənar əşyaları atdıqlarına görə” 10 min avro məbləğində cərimə olunub. Portuqaliya Futbol Federasiyası bu ölkənin oyunçularının matçın ikinci hissəsinə gec çıxdıqlarına görə 5 min avro cərimə olunub.
Alman pərəstişkarlarının tribunalarda pirotexnikadan istifadə etmələri və sahəyə atmalarına görə Almaniyanı daha bir cərimə gözləyir.
Bununla bağlı qərar gələn həftənin əvvəlində çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR