“Qalatasaray” yeni transfer etdiyi futbolçularla iyunun 25-də imzalanma mərasimi keçirəcək

“Qalatasaray” yeni transfer etdiyi futbolçularla iyunun 25-də imzalanma mərasimi keçirəcək
# 16 iyun 2012 08:00 (UTC +04:00)
APA-nın məlumatına görə, klubun prezidenti Ünal Aysal mərakeşli futbolçu, hazırda “Herenven”də forma geyən Ossama Assaidinin transferinin yekunlaşmaq üzrə olduğunu bildirib. Assaidinin Qətərdən gələn təkliflərə rəğmən “Qalatasaray”da oynamağa üstünlük verdiyini deyən Ünal Aysal “Nyukasl”ın hücumçusu Demba Banın transferi fikrindən daşınmalarının səbəbini açıqlayıb: “Seneqallı futbolçunu bizə Fatih Terim məsləhət görmüşdü. Onu çox bəyənirik. Amma sonra fikrimizdən vaz keçdik. Çünki əlimizdə Yohan Elmander, Umut Bulut və Necati Atəş kimi hücumçular var. Baroşun vəziyyəti də qeyri-müəyyəndir. Bizim alacağımız hücumçu çox keyfiyyətli olmalıdır. Demba Ba bizim istədiyimiz səviyyədə hücumçu deyil”. Ünal Aysal transferlərin 90 faizinin iyunun 25-dək başa çatacağını bildirib. Xatırladaq ki, sarı-qırmızılı klub artıq iki transferi rəsmiləşdirib. Ötən mövsüm “Qaziantep”də forma geyən Dani və Fransanın “Tuluza” klubunun şərəfini qoruyan Umut Bulut 2012-2013 mövsümündə “Qalatasaray”da oynayacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR