Bu gün “Euro-2012”də “A” qrupunda son oyunlar keçiriləcək

Bu gün “Euro-2012”də “A” qrupunda son oyunlar keçiriləcək
# 16 iyun 2012 08:21 (UTC +04:00)
Bakı-APA. Bu gün Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatının “A” qrupunda son oyunlar keçiriləcək. APA-nın məlumatına görə, ilk iki matçda heç-heçə oynayan ev sahibi Polşa iki oyundan 3 xal toplamış Çexiya millisi ilə qarşılaşacaq. Vrotslavda keçiriləcək matçı şotland hakim Qreq Tompson idarə edəcək. Günün ilk qarşılaşması isə çempionatın sürprizi hesab olunan Rusiya millisi ilə autsayder Yunanıstan qarşılaşacaq. Ruslar ən azı heç-heçəyə nail olacaqları təqdirdə növbəti mərhələdə çıxış etmək hüququ qazanacaq. “A” qrupundan final mərhələsinə ikinci vəsiqə uğrunda mübarizə Polşa və Çexiya milliləri arasında gedəcək. Polyaklar 1/8 finala çıxmaq üçün mütləq qalib gəlməlidir, çexlərə isə bərabərlik də kifayət edir. Çexiyada “Qalatasaray”lı Milan Baroş və “Beşiktaş”lı Tomas Sivokun start heyətində oynayacağı gözlənilir. İlkin məlumata görə, Polşa yığmasında “Trabzonspor”lu Adrian Mierjiyevski də start heyətinə daxil edilib.

Xatırladaq ki, bu qrupda keçirilən ilk turda Polşa və Yunanıstan heç-heç (1-1) oynayıb, Rusiya isə Çexiya üzərində 4-1 bir hesabı qələbə qazanıb. İkinci turda Rusiya və Polşa yığmaları arasında keçirilən görüş 1-1 başa çatıb, Çexiya isə Yunanıstanı 2-1 məğlub ediblər. Son tur ərəfəsində Rusiya 4 xalla qrupa liderlik edir, Çexiyanın 3, Polşanın 2, Yunanıstanın 1 xalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR