Avropa çempionatında növbəti ¼ finalçılar müəyyənləşib

Avropa çempionatında növbəti ¼ finalçılar müəyyənləşib
# 18 iyun 2012 08:28 (UTC +04:00)
Bakı – APA. Polşa və Ukraynada keçirilən Avropa çempionatında B qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Çexiya və Yunanıstan yığmalarının ardınca daha ¼ finalçı müəyyənləşib. “Ölüm qrupu” adlandırılan bu qrupdan Almaniya və Portuqaliya yığmaları 1/4 finala çıxıblar. Bu yığmalar son turda müvafiq olaraq Danimarka və Hollandiya milli komandalarına 2:1 hesabı ilə qalib gəlib.

Almaniya qrup qalibi olduğundan, iyunun 22-də keçiriləcək ¼ final matçında A qrupunda 2-ci yeri tutan Yunanıstanla görüşəcək. B qrupunda 2-ci yeri tutan Portuqaliyanı isə iyunun 21-də A qrupunun qalibi Çexiya yığması ilə ¼ final matçı gözləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR