Almaniya milli komandasının futbolçusu Avropa rekordçusu olub

Almaniya milli komandasının futbolçusu Avropa rekordçusu olub
# 18 iyun 2012 08:50 (UTC +04:00)
Bakı – APA. Almaniya milli komandasının futbolçusu Lukas Podolski yığmada keçirdiyi yubiley oyunla tarixə düşüb. Apasport.az saytının məlumatına görə, AVRO-2012-nin Danimarka ilə son qrup oyununda 100-cü matçını qolla qeyd edən hücumçu Avropa rekorduna imza atıb. Belə ki, 19-cu dəqiqədə fərqlənən Lukas millidə 100 oyun keçirən ən gənc avropalı futbolçu kimi adını tarixə yazdırıb. O, yubiley matçını 27 yaş 13 günlüyündə keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR