Kriştianu Ronaldo ardıcıl 5-ci böyük turnirdə qol vuran ilk portuqaliyalı futbolçu olub

Kriştianu Ronaldo ardıcıl 5-ci böyük turnirdə qol vuran ilk portuqaliyalı futbolçu olub
# 18 iyun 2012 09:09 (UTC +04:00)
Bakı – APA. Portuqaliya milli komandasının kapitanı Kriştianu Ronaldo unikal nailiyyətə imza atıb. Apasport.az saytının məlumatına görə, AVRO-2012-nin Hollandiya ilə son qrup oyununda dubla imza atan 27 yaşlı hücumçu bununla da ardıcıl 5-ci böyük turnirin final mərhələsində qol sevinci yaşayıb.

AVRO-2004, DÇ-2006, AVRO-2008, DÇ-2010-un da final mərhələsində fərqlənən Ronaldo artıq 10 ildir böyük yarışları qolsuz tərk etmir. O, buna nail olan ilk portuqaliyalı futbolçudur. Bu göstəricidə mütləq rekord isə əfsanəvi Yurgen Klinsmanna məxsusdur. Almaniya yığmasının sabiq hücumçusu ardıcıl 6 dəfə final mərhələsində qol vurub.

Ronaldo eyni zamanda ardıcıl 3 Avropa çempionatında fərqlənən 7-ci futbolçu olub. Ona qədər həmyerliləri - Elder Poştiqa, Nunu Qomeş, fransalı Tyerri Anri, isveçli Zlatan İbrahimoviç, çexiyalı Vladimir Şmitser və almaniyalı Yurgen Klinsmann buna nail olmuşdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR