İspaniya və İtaliya Avro-2012-nin ¼ finalına vəsiqə qazanıblar

İspaniya və İtaliya Avro-2012-nin ¼ finalına vəsiqə qazanıblar
# 18 iyun 2012 22:37 (UTC +04:00)
Bakı-APA. Bu gün futbol üzrə 14-cü Avropa çempionatında C qrupunda sonuncu turun oyunları keçirilib. Qdansk şəhərində Xorvatiya və İspaniya yığmaları üz-üzə gəliblər. Gərgin keçən oyun 1:0 hesabı ilə İspaniyanın qələbəsiylə başa çatıb. Qolu 88-ci dəqiqədə Navas vurub. Günün digər oyununda Poznanda İtaliya və İrlandiya yığmaları qarşılaşıblar. Görüş italyanların 1:0 hesabı ilə qələbəsiylə başa çatıb. Topları 35-ci dəqiqədə Kassano və 89-cu dəqiqədə Balotelli vurublar. Beləliklə İspaniya 7 xalla qrupu lider kimi başa vurub. İkinci yeri 5 xal toplamış italyanlar tutublar. Xorvatiya 4 xalla üçüncü, İrlandiya isə bir xal belə toplamayaraq dördüncü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR