Nazir: “Azərbaycan Olimpiya oyunları keçirməyə hazır idisə, futbol üzrə Avropa çempionatı keçirmək üçün də imkanları yetərincədir”

Nazir: “Azərbaycan Olimpiya oyunları keçirməyə hazır idisə, futbol üzrə Avropa çempionatı keçirmək üçün də imkanları yetərincədir”
# 21 iyun 2012 08:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək məsələsinə çox ciddi yanaşar”. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, iyunun 30-da namizəd ölkələrin adları açıqlanacaq: “Əgər Azərbaycan Olimpiya oyunları keçirməyə hazır idisə, futbol üzrə Avropa çempionatı keçirmək üçün də imkanları yetərincədir. Bununla bağlı stadionlar və infrastrukturu inkişaf etdirilməlidir. Nəinki Bakıda, Lənkəranda, Mingəçevirdə, Gəncədə və başqa şəhərlərdə elə stadionlar tikilməlidir ki, UEFA standartlarına uyğun olsun. Biz bunun üzərində işləyirik və çalışırıq ki, bu işləri uğurla həyata keçirək”.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR