Berti Foqts: “Polşa Futbol Federasiyası ilə heç bir danışıq aparmamışam”

Berti Foqts: “Polşa Futbol Federasiyası ilə heç bir danışıq aparmamışam”
# 22 iyun 2012 13:14 (UTC +04:00)
Bakı – APA. “Mənim Polşa yığmasının baş məşqçisi postuna namizədliyimin nəzərdən keçirilməyi xəbərini eşidəndə, buna təəccübləndim. Mənə bu informasiyanı İsveçrədə bir adam çatdırdı”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Son 4 ildə millimizi çalışdıran 66 yaşlı almaniyalı mütəxəssisin sözlərinə görə, Avropa çempionatının təşkilatçılarından olan Polşa yığmasının baş məşqçi postuna onun namizədliyini nəzərdən keçirməyi haqda İsveçrədə olduğu müddətdə xəbərdar olub.

Polşa Futbol Federasiyası ilə heç bir danışıqlar aparmadığını bildirən Foqts AFFA ilə 2013-cü ilin sonuna kimi olan müqaviləsini şərtlərini yerinə yetirmək niyyətindədir: “Mən Polşa Futbol Federasiyası ilə heç bir danışıq aparmamışam. Azərbaycan yığmasının baş məşqçisiyəm və bununla bağlı AFFA ilə müqaviləm var. Hamımız bilirik ki, futbolda hər şey mümkündür və əvvəlcədən heç nə demək olmaz. Mən müqavilənin şərtlərini əməl etməliyəm və bu 2 illik anlaşmaya görə öhdəçilikləri yerinə yetirəcəyim şübhəsizdir”.

Qeyd edək ki, Polşa Futbol Federasiyasının prezidenti Qjeqoj Lyato yığmasının baş məşqçi postuna 2 namizəddən birinin Foqts olduğunu bildirərək, məsələni iyunun 27-də İcraiyyə Komitəsinin iclaslarına müzakirə edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR