UEFA “Fənərbaxça” klubunun Çempionlar Liqasında çıxış edə biləcəyi haqda qərar çıxarıb

UEFA “Fənərbaxça” klubunun Çempionlar Liqasında çıxış edə biləcəyi haqda qərar çıxarıb
# 22 iyun 2012 16:59 (UTC +04:00)
Bakı – APA, “Fənərbaxça” klubu UEFA-dan xoş xəbər alıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, adı danışılmış oyunlarda hallandırılan son vitse-çempion növbəti mövsümdə Çempionlar Liqasında (ÇL) çıxış edə biləcək. Bununla bağlı UEFA-nın Nizam-İntizam Komitəsinin bu gün Varşavada keçirilən iclasında çıxarılan qərar Türkiyə Futbol Federasiyasına (TFF) və kluba göndərilib. Artıq “Fənərbaxça” qərarla bağlı rəsmi açıqlama yayıb.

TFF məsələ ilə bağlı araşdırmasında danışılmanın meydana aid olmamağı ilə bağlı nəticə çıxardaraq, dosyeni UEFA-nın göndərmişdi. Uzun müddətdir bunu nəzərdən keçirən qitə futbol qurumunun hansı qərar çıxaracağı maraqla gözlənilirdi. UEFA dosyelərdə bir qüsur tapmadığından, cəza verməyib və bununla da komandanın ÇL-də çıxış edəcəyi dəqiqləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR