Almaniya Avro-2012-nin yarımfinalına vəsiqə qazanıb

Almaniya Avro-2012-nin yarımfinalına vəsiqə qazanıb
# 22 iyun 2012 22:37 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə 14-cü Avropa çempionatında ikinci ¼ final görüşü keçirilib. Qdanskda Almaniya və Yunanıstan komandaları qarşılaşıblar. Oyun 4:2 hesabı ilə almanların xeyrinə başa çatıb. Qolları Almaniyadan Lam (39), Hedira (61), Kloze (68) və Roys 74, yunanlardan isə Samaras (55) və Salpingidis (89, penaltidən) vurublar.

Xatırladaq ki, dünən keçirilmiş ilk ¼ finalda Portuqaliya Çexiyaya qalib gəlmişdi. Yarımfinalda Portuqaliya İspaniya – Fransa, Almaniya isə İtaliya – İngiltərə oyununun qalibi ilə qarşılaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR