Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubuna keçib

Azərbaycan milli komandasının futbolçusu Türkiyə klubuna keçib
# 23 iyun 2012 09:16 (UTC +04:00)
Bakı – APA. Azərbaycan milli komandasının futbolçusu Ufuk Budakın karyerasını davam etdirəcəyi klub müəyyənləşib. Apasport.az saytının məlumatına görə, milliləşən legionerimiz karyerasını Türkiyənin Superliqasında davam etdirəcək.

Türk əsilli almaniyalı futbolçu “Əskişəhərspor” klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızılarla” 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Budak bunadək Almaniyanın “Frayburq” klubunun 2-ci komandasının şərəfini qoruyurdu.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR