“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib

“Neftçi”nin Çempionlar Liqasında rəqibi müəyyənləşib
# 25 iyun 2012 12:52 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində Bakı vaxtilə saat 15:00-da başlayan mərasimdə Azərbaycan çempionu “Neftçi”nin rəqibi müəyyənləşib.

Böyükağa Hacıyevin baş məşqçisi olduğu komandanın bəxti gətirib. Bakı təmsilçisi potensial rəqibləri arasında ən münasib olan Gürcüstan çempionu “Zestafoni”yə düşüb. Püşkə görə, Premyer Liqanın ən güclüsü ilk oyunu evdə oynadığından, səfərdəki cavab matçı öncəsi üstünlük qazanmalıdır.

İlk mərhələdə qitənin ən zəif 6 çempionatının qalibi münasibətlərini aydınlaşdıracaq. Bu oyunlar iyulun 3-4-ü, cavab matçları 10-11-də olacaq. Bu mərhələnin 3 qalibi və digər 31 çempion isə II təsnifat mərhələsində qüvvəsini sınayacaq. “Neftçi” iyulun 17-18 və 24-25-i keçiriləcək həmin mərhələnin iştirakçısı olacaq.

I təsnifat mərhələsi
“Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)
“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino)
“Valletta” (Malta) - “Lusitanos” (Andorra)

II təsnifat mərhələsi
“Neftçi” (Azərbaycan) - “Zestafoni” (Gürcüstan)
“Skenderbeu” (Albaniya) – “Debretsen” (Macarıstan)
“Maribor” (Sloveniya) - “Jelezniçar” (Bosniya və Herseqovina)
“Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail)
BATE (Belarus) - “Vardar” (Makedoniya)
AEL (Kipr) - “Linfild” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) - “Ekranas” (Litva)
“Flora” (Estoniya) - “Bazel” (İsveçrə)
TNS (Uels) - “Helsinqborq” (İsveç)
HİK (Finlandiya) - “Reykyavik” (İslandiya)
“Molde” (Norveç) - “Ventspils” (Latviya)
“Dudelanj” (Lüksemburq) - “Tre Penne” (San-Marino) cütünün qalibi - “Zalsburq” (Avstriya)
“Slovan” (Çexiya) - “Şaxtyor” (Qazaxıstan)
“Ludoqorets” (Bolqarıstan) - “Dinamo” (Xorvatiya)
“Uliss” (Ermənistan) - “Şerif” (Moldova)
“Valletta” (Malta) - “Lusitanos” (Andorra) cütünün qalibi - “Partizan” (Serbiya)
“Buduçnost” (Çernoqoriya) - “Şlask” (Polşa)
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR