“Bakı” klubu Ekvador millisinin futbolçusunu transfer edib

“Bakı” klubu Ekvador millisinin futbolçusunu transfer edib
# 27 iyun 2012 08:12 (UTC +04:00)
Bakı-APA. Avropa Liqası ərəfəsində heyətini gücləndirən “Bakı” klubu daha 1 futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Ekvador milli komandasının futbolçusu Feliks Borxa ilə güclənib.

Son klubu Meksikanın “Paçuka” komandası olan 29 yaşlı hücumçu zəngin karyeraya malikdir. Yunanıstan “Olimpiakos”unun heyətində ölkə çempionu olan Feliks Almaniya “Mayns”ında da oynayıb.

Milli komandada 21 oyuna 3 qol vuran hücumçu 2001 və 2007-ci illərdə Amerika kuboku, 2006-cı ildə dünya çempionatının final mərhələsində çıxış edib.

“Bakı”nın yeni transferi 2006-cı ildə Ekvadorun “Nasional” klubunun heyətində Libertadores kubokunun bombardiri olub. O, turnirin ən məhsuldar oyunçusu adına şəriklərdən biri kimi tarixə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR