“Qalatasaray” Mərakeş yığmasının futbolçusu ilə 5 illik müqavilə imzalayıb

“Qalatasaray” Mərakeş yığmasının futbolçusu ilə 5 illik müqavilə imzalayıb
# 27 iyun 2012 13:12 (UTC +04:00)
Bakı-APA. “Qalatasaray” mövsümlərarası fasilədə 3-cü transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Mərakeş yığmasının futbolçusu Oussama Assaidinin keçidini həll edib. Komanda İstanbula gətirdiyi “Herenven”in 23 yaşlı futbolçusu ilə 5 illik müqavilə imzalayaraq, keçidinin qarşılığında hollandlara 4 milyon avro ödəyib.

Assaidi “Qalatasaray”dan ilk mövsümdə 1,1 milyon avro qazanacaq. Sonrakı mövsümlər bu rəqəmlər artaraq, dəyişəcək. Mərakeşli hər oyuna 10 min avro alacaq. Yığmasında 4 oyunda qol vuran Oussama ötən mövsüm Hollandiyanın yüksək liqasında 27 matçda 10 dəfə fərqlənib. Çox sürətli futbolçu olan Assaidinin transferinə millisini çalışdıran “Qalatasaray”ın belçikalı sabiq baş məşqçisi Erek Gerets müsbət rəy verib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində oynayacaq “Qalatasaray” bunadək Dani və Umut Bulutu transfer edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR