Azərbaycanlı hakimlər Avropa Liqasının oyunlarına təyinat alıb

Azərbaycanlı hakimlər Avropa Liqasının oyunlarına təyinat alıb
# 28 iyun 2012 12:42 (UTC +04:00)
Bakı-APA. Azərbaycanlı FİFA referiləri Fariz Yusifov və Vüsal Əliyev UEFA Avropa Liqasının oyunlarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, onlar turnirin I təsnifat mərhələsi oyunlarında ədaləti qoruyacaq. Onlar müvafiq olaraq, ilk və cavab oyunlarında iş başında olacaq. Yusifovla Əliyevin başçılıq etdiyi hakimlər briqadasının digər üzvləri də həmyerlilərimiz olacaq.

5 iyul
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Jeness” (Lüksemburq)
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, Namiq Hüseynov
Dördüncü hakim: Rauf Cabarov

12 iyul
“Honvid” (Macarıstan) – “Flyamurtari” (Albaniya)
Baş hakim: Vusal Əliyev
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Yaşar Abbasov
Dördüncü hakim: Elçin Məmmədov
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR