Bakıda “Elite Horse Club” atçılıq klubunun açılışı olub - FOTO - VİDEO

Tədbir iştirakçıları öncə klubda yaradılmış şəraitlə tanış olublar. Qonaqlara atların saxlanma və bəslənmə yerləri, at sürmək üçün yaradılmış sahələr nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Elite Horse Club”un rəhbəri Etibar Quliyev bildirib ki, klubun məqsədi atçılıq idman növünün inkişafına xidmət göstərmək, bu idman növünü sevdirməkdir: “Bunun üçün klubda lazım olan bütün şərait yaradılıb. Ümumi ərazisi 26 hektar təşkil edən klubda atçılıq idmanının bütün növləri ilə məşğul olmaq mümkündür. burada eyni zamanda həvəskarların atlarının qulluq və baxımı da həyata keçiriləcək”.
Atçılığın Azərbaycan xalqının qədim idman növlərindən olduğunu deyən E. Quliyev “Elite” klubda yerli at cinsləri ilə yanaşı kiçik poni cinslərinin də olduğunu, atçılıqla məşğul olmaq istəyən uşaqlara da bu idman növünün öyrədiləcəyini bildirib. Kluba qatılmaq üçün hər bir şəxs müraciət edə bilər.
Daha sonra Azərbaycan jokeyləri tərəfindən qonaqlara at şousu nümayiş etdirilib. Jokeylər poni, Qarabağ və Holland cinsli atlarda müxtəlif şoular nümayiş etdiriblər. Qarabağ atının musiqi ilə həmahəng oyun hərəkətləri isə iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu atlar bu il Böyük Britaniyada keçirilən ənənəvi at şousunda iştirak edib və izləyicilərin, həmçinin Britaniya mediasının diqqətini çəkən görüntülər nümayiş etdirib.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, hazırda Azərbaycanda atçılıq idman növü yeni dövrünü yaşayır, ölkədə idmanın bu növü ilə bağlı yarışlar keçirilir. Azərbaycan idmançısı London olimpya oyununa lisenziya qazanıb: “Bu gün Azərbaycan komandası dünyada ən güclülər sırasında yer alır. Atçılıq Federasiyası tərəfindən həm Binə, həm də Novxanıda atçılıq idmanı üçün böyük şərait yaradılıb, Burda gənclər bu idman növünü öyrənə bilərlər. Belə idman bazalarının açılması atçılıq idmanının inkişafına təkan verəcək. Biz buna inanırıq. Baxmayaraq ki, bu elit klubdur, amma burada da uşaqlar, gənclər məşq edəcəklər”.
A.Rəhimov Azərbaycanda atçılıqla bağlı tarixi idman növlərinin bərpası və yaşadılması istiqamətində federasiya tərəfindən işlərin aparıldığını da qeyd edib.
Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev də bu idman növünə maraq göstərənlərin olduğunu bildirib.
E. Quliyev azərbaycanlı idmançı Camal Rəhimovun London Olimpiyadasında çıxış edəcəyi atın artıq müəyyənləşdiyini deyib: “Hazırda idmançı atla məşq edir və ciddi nəticələr əldə etməkdədir. Olimpiya oyunlarında azərbaycanlı idmançı “Warrior” yəni “Döyüşçü” adlı atla çıxış edəcək”.
Xəbər Lenti
Cənubi Koreya ABŞ-dan bütün mallarını rüsumlardan azad etməyi istəyib
İsrailin müdafiə naziri husilərin liderini öldürməklə hədələyib
Məhkəmədə beynəlxalq təşkilatların və xarici media qurumlarının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən faktlar tədqiq olunub
Ağstafada qəza olub, xəsarət alanlar var
“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
Məktəblilərimiz ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
Birləşmiş Krallıqda “Vindzor Kral Atçılıq Şousu - 2025” start götürüb
Putinin köməkçisi: Tarixdə müharibə və danışıqlar həmişə eyni vaxtda aparılır
İsrail ordusu Yəmən limanlarına zərbələr endirdiyini açıqlayıb
Agentlik: "Son zəng"də şagirdlər nizam-intizam qaydalarına uyğun geyim formasında olmalıdırlar
Zaqatalada internat məktəbinin bağlanmasına aydınlıq gətirilib
Hakan Fidan: Rusiya-Ukrayna arasında qalıcı sülh üçün hər cür səy göstərməyə davam edəcəyik
Bakıda iki avtobus marşrutunun hərəkəti dəyişdirilir
"Oleq Bakinski"nin məhkəməsində mülki iddia qaldırılıb
Xocasəndə taxta sexinin ərazisində yanğın söndürülüb - YENİLƏNİB-1
Şahdağa qar yağır - FAKTİKİ HAVA
Prezident İlham Əliyevlə Albaniya Baş nazirinin işçi nahar əsnasında görüşü olub
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib - FOTO
Umerov: Ukrayna və Rusiya prezidentlərinin görüşünə hazırlaşırıq
Xələf Xələfov Qazaxıstana səfər edib
Medinski: Rusiya Ukrayna ilə danışıqlardan razıdır və təmasları davam etdirməyə hazırdır
Əfv Komissiyasının yekun iclası keçirilib
AZANS “ATM Awards 2024” beynəlxalq mükafat üzrə yüksək yerə layiq görülüb
BP və SOCAR "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırır
I sinif üzrə 100 mindən çox uşağın sorğusu tamamlanıb
BP: “Şahdəniz Kompressiya” layihəsi üzrə son investisiya qərarının verilməsinə hazırlaşırıq
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ucarda vətəndaşları qəbul edib
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir - VİDEO
Umico kredit xəttinin istifadəçiləri üçün xüsusi kampaniya: komissiyasız alış-veriş imkanı
Nazir müavini: Azərbaycan, İran və Rusiya elektrik enerjisi mübadiləsinə hazırdır
Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
İstanbulda Türkiyə-Rusiya-Ukrayna görüşü başa çatıb - VİDEO - YENİLƏNİB
KİV: Ukrayna Rusiyanın tələblərini reallıqdan uzaq adlandırıb
Azərbaycan dili imtahanının keçiriləcəyi növbəti tarix məlum olub
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Sabah Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Prezident Tiranada Zirvə toplantısında xatirə imzasını çəkmək üçün gözləyərkən "Təvazökar insanam" ifadəsini səsləndirib - VİDEO
Ərdoğan Aİ-ni Suriyaya tətbiq etdiyi sanksiyaları ləğv etməyə çağırıb
Türkiyə Prezidenti: Rusiya-Ukrayna danışıqlarında tərəflərə təzyiqsiz dəstək vacibdir
Azərbaycan dili fənni üzrə keçirilən test imtahanının nəticələri elan olunub
FHN təhsil müəssisələrinin psixoloqları üçün təlim keçirib
Ərdoğan: Beynəlxalq aləmdə ədalətli qlobal idarəçilik mexanizminə ehtiyac var
Təhlükə potensiallı obyektlərin Siyahısı təsdiq edilib
Dünya Bankı: Azərbaycan şirkətlərinin 16.5%-i vergi dərəcələrindən narazıdır
Zelenski: Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanlarımız olardı
Bu il narkotiklə bağlı 1499 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Müalicəyə cəlb edilən narkotik istifadəçilərinin sayı açıqlanıb