Azərbaycan yığmasının futbolçusu viza problemi ilə üzləşib

Azərbaycan yığmasının futbolçusu viza problemi ilə üzləşib
# 08 noyabr 2012 13:54 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandasında problem yaranıb. Apasport.az saytının məlumatına görə, 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də Şimali İrlandiya ilə oyun üçün açıqlanan heyətdə yer alan İspaniyanın “Elçe” klubunun yarımmüdafiəçisi Rizvan Umarov Bakıda təlim-məşq toplanışına gəlməyib.

Belə ki, futbolçu viza problemi ilə üzləşdiyindən hazırlıq prosesinə qatılmayıb. Bu səbəbdən onun Şimali İrlandiyaya aparılacağı inandırıcı görünmür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR