AFFA rəsmisi UEFA-dan təyinat alıb

AFFA rəsmisi UEFA-dan təyinat alıb
# 01 aprel 2024 10:16 (UTC +04:00)

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Apasport.az xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

C liqasının 5-ci qrupu çərçivəsində aprelin 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Qeyd edək ki, görüş Lüksemburqun Eş-sur-Alzet şəhərindəki “Emil Mayrix” stadionunda reallaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR