Yaponiyada güclü qar nəticəsində minlərlə ev işıqsız qalıb

Yaponiyada  güclü qar nəticəsində minlərlə ev işıqsız qalıb
# 19 yanvar 2016 01:08 (UTC +04:00)

Bakı – APA. Yaponiyanın Honsyü adasında güclü qar nəticəsində 15 minə yaxın ev elektrik enerjisiz qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, güclü küləklə müşahidə olunan qar Hokkaydo adasında da yağmağa davam edir.

Nemuro şəhərinin 10 minə yaxın sakininə evlərini tərk etmək tövsiyə olunub. Adada 200-dən çox qatarın hərəkəti dayandırılıb. Pis hava şəraiti ilə əlaqədar 78 aviareys ləğv edilib. Sinoptiklər Hokkaydoda qar örtüyünün hündürlüyünün 120 santimetrədək çatacağını proqnozlaşdırır.

Qeyd edək ki, yanvarın 19-da Yaponiyanın şərq, şimal-şərq və mərkəzi bölgələrinə yağan güclü qar bir sıra fəsadlar törədib. Zərərçəkənlərin sayının 200 nəfərə çatdığı bildirilir. Paytaxt Tokioda, həmçinin Tiba və Saytama prefekturalarında dəmiryol və avtomobil nəqliyyatının hərəkəti iflic olub, hava limanlarında 177 uçuş ləğv olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR