Salyanda bərbərxana, Saatlıda 3 otaqlı ev yanıb

Salyanda bərbərxana, Saatlıda 3 otaqlı ev yanıb
# 13 yanvar 2016 04:40 (UTC +04:00)

Bakı - APA. Salyan və Saatlıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxanada baş verib. Nəticədə bərbərxananın taxta üzlüyü və içərisində olan əşyalar yanın. Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub.

Saatlı rayonu, Qıraqlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd televizor və 1 ədəd DVD yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR