Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib - VİDEO

Avropa Liqası: “Qarabağ”ın rəqibi müəyyənləşib - VİDEO
# 18 dekabr 2023 16:18 (UTC +04:00)

“Qarabağ”ın avrokuboklardakı növbəti rəqibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu, Avropa Liqasının pley-off mərhələsinin püşkatmasında dəqiqləşib.

Turnirin qrup mərhələsində ikinci olan təmsilçimiz 1/8 finala vəsiqə uğrunda dueldə "Braqa" ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasında qrup üçüncüsü ilə ilk matçı səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsi 2024-cü ildə baş tutacaq. İlk oyunlar fevralın 15-də, cavab görüşləri 22-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR