Bakıda naməlum kişi özünü yandırıb

Bakıda naməlum kişi özünü yandırıb
# 09 mart 2016 07:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda intihara cəhd olub.

Səbail rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər 06.00 radələrində paytaxtın Niyazi küçəsində, Filarmoniya bağında qeydə alınıb. 40-45 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslərin köməkliyi ilə həmin şəxs xilas edilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR