Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Oktyabr
# 08 oktyabr 2016 18:00 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Gürcüstanda parlament seçkiləri artıq başa çatmaq üzrədir. Təbliğat kampaniyasının gərgin keçməsi göstərdi ki, qarşıdurma meylləri səsvermə günü ilə yekunlaşmayacaq, nəticələr elan olunduqdan sonra da Gürcüstanda maraqlı nəticələrin şahidi olacağıq. Seçkilər hər kəsi maraqlandıran bir suala da cavab vermiş olacaq - Saakaşvili Gürcüstana qayıda biləcəkmi? Bu, Sandra Rulofsun rəhbərlik etdiyi Vahid Milli Hərəkatın toplayacağı səslərdən asılıdır. Rəy sorğuları baryeri iki partiyanın keçəcəyini göstərir, seçkinin nisbi qalibi hakim "Gürcü arzusu" və ya Vahid Milli Hərəkat ola bilər. Hər iki partiyanın təxminən 24-27 faiz səs toplayacağı gözlənilir. Bu isə o deməkdir ki, ölkəni növbəti dönəmdə koalisiya hökuməti idarə edəcək. Seçkilərlə bağlı mənzərə budur, amma sensasiya ola biləcəyi də istisna deyil. Sorğular nəticəsində məlum olub ki, ölkə seçicilərinin təxminən yarısı hansı partiyaya səs verəcəyini müəyyənləşdirməyib, seçkinin taleyini bu qeyri-müəyyən səslərin hansı partiyaya gedəcəyi həll etmiş olacaq. Hələlik bir məsələ dəqiqdir - seçkilərin nəticəsindən asılı olmayaraq, Gürcüstan irəli doğru daha bir addım atmış olacaq.

Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR