Azərbaycan millisinin hücumçusu 2-ci Bundesliqada qol vurub 

Azərbaycan millisinin hücumçusu 2-ci Bundesliqada qol vurub 
# 04 avqust 2019 20:29 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniya çempionatında növbəti qoluna imza atıb.

APA-nın məlumatına görə, təcrübəli yarımmüdafiəçi çıxış etdiyi “Aue” klubunun heyətində fərqlənib.

O, 2-ci Bundesliqada II turun “Vehen”lə qarşılaşmasında qol sevinci yaşayıb. Start heyətində meydana çıxan D.Nazarov 35-ci dəqiqədə komandasının ikinci qolunu vurub, 5 dəqiqə sonra isə sarı vərəqə ilə cəzalanıb.

Təmsilçimizin 66-cı dəqiqədə əvəzləndiyi qarşılaşmada “Aue” 3:2 hesablı qələbə qazanıb.

İlk iki turda xal itkisi ilə üzləşməyən D.Nazarovun komandası çempionatın liderləri sırasında yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR