Azərbaycan yığmasının baş məşqçisi: “Güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik"

Azərbaycan yığmasının baş məşqçisi: “Güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik"
# 27 avqust 2019 22:20 (UTC +04:00)

“Yeni komandayıq, oyundan-oyuna həm taktiki, həm də fiziki baxımdan yüksəlişi görürük”.

APA-nın məlumatına görə, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd deyib.

Çalışdırıcı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Viktor Bannikovun xatirəsinə həsr olunan beynəlxalq turnirdəki ikinci məğlubiyyətə şərh verib. İlk matçında İsrailə 0:6 hesabı ilə uduzan komandanın baş məşqçisi Ukraynaya 2:4 hesabı ilə məğlub olmağı yüksəliş hesab edir: “Atletik keyfiyyəti yüksək olan komandaya qarşı oynadıq. Hesabda geri olmağımıza, ilk hissədə bir nəfər azlıqda oynamağımıza baxmayaraq, komanda fasilədən sonra xarakter göstərərək iki qol vurmağı bacardı. Düşünürəm ki, belə güclü komandalarla oynayaraq səviyyəmizi yüksəltməliyik. Dayanmadan, əzmlə istədiyimiz nəticəni alanadək çalışmalıyıq.
Ümumiyyətlə, bütün futbolçulara fərdi yanaşma olmalıdır. Futbolçular da öz üzərilərində çox çalışmalıdırlar. Yüksək liqalarda oynayaraq oyun praktikası qazanmaq lazımdır. Milliyə bütün kriteriyalarda hazır olan futbolçular dəvət almalı və iştirak etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR