Azərbaycanlı futbolçu Moldova klubunu məhkəməyə verib

Azərbaycanlı futbolçu Moldova klubunu məhkəməyə verib
# 16 dekabr 2021 16:33 (UTC +04:00)

Azərbaycanlı futbolçu Orxan Qurbanlı Moldovanın Yüksək Liqa təmsilçisi “Dinamo-Avto”dan qalmaqalla ayrılıb.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Moldova mətbuatına müsahibəsində klubu məhkəməyə verdiyini söyləyib.

Bu ilin fevralından formasını geyindiyi “Dinamo-Avto”da 27 oyun keçirib, 3 məhsuldar ötürmə verən “Neftçi”nin yetirməsi müsahibə zamanı yaşadığı problemlərdən danışıb.

- “Dinamo-Avto”dan niyə ayrıldınız?
- Müqaviləmin müddəti başa çatıb. Razılaşmam qüvvədə olsaydı belə, “Dinamo-Avto”da qalmaq istəmirdim.

- İqor Dobrovolskinin komandasında çətinliklə qarşılaşdınız?
- Təkcə mən yox, bütün komanda. Yerli uşaqlar üçün yəqin ki, daha asandır, çünki onlar evdə oynayırlar. Ternovkadakı bazada yaşayanlara yemək verilmirdi. Hətta isti su da yox idi.

- Klubla yaşadığınız problemi necə həll edəcəksiniz?
- Son 6 aylıq maaşımın ödənilməməsi məsələsini həll etməyə çalışıram. Vəkilim rəsmi məktub göndərib, klub 10 gün ərzində cavab verilməli idi. Ancaq cavab almadıq. Bu problemlə bağlı Moldova Futbol Federasiyasına məlumat vermişik. Həmçinin FİFA ilə də əlaqə saxlamağa hazırlaşırıq.

- Klubun sizə nə qədər borcu var?
- İlk olaraq “Ventspils”lə müqavilə bağladıqdan sonra “Dinamo-Avto”ya icarəyə verildim. Çünki həmin vaxt “Ventspils”in iştirak ərizəsində 15 legioner var idi. Bu üzdən oynamaq üçün harasa getməli idim. “Dinamo-Avto”ya gələndə “Ventspils” mənə iki dəfə maaş verdi. “Dinamo-Avto”da ayda 500 dollar ödəməli idilər, amma son altı ayda bunu görməmişəm. Borcun məbləği 3000 dollardır.

- Gecikmənin səbəbini nə ilə izah etdilər?
- Dedilər ki, sponsor yoxdur. Başa düşə bilmirəm ki, federasiya maliyyə çatışmazlığı olan komandaların oynamasına necə icazə verir?

- Bəs futbolçular nəyin hesabına yaşayırlar?
- Bilmirəm, çox çətin idi... Hər şeyə baxmayaraq, meydançaya çıxanda problemləri unudurduq. Uşaqlar sadəcə əladırlar. Klub rəhbərliyi belə şəraitdə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan futbolçulara abidələr ucaltmalıdır. Bildiyimə görə, “Floresti”dən başqa, digər klublarda işlər yaxşı gedir.

- Moldova futbolu hansı səviyyədə idi?
- Açığını deyim, “Şerif”dən başqa digər komandaların hamısı ilə başabaş oynamaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR