Azərbaycanlı hakim-inspektor Ukrayna – Malta oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Ukrayna – Malta oyununa təyinat alıb
# 16 avqust 2019 10:55 (UTC +04:00)

UEFA azərbaycanlı hakim-inspektor Asim Xudiyevə növbəti dəfə etimad göstərib.

APA-nın məlumatına görə, həmyerlimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin oyununa təyinat alıb.

O, Ukrayna – Malta oyununun hakim-inspektoru olacaq. Matç sentyabrın 10-da Zaporojye şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR