Bakı klubu argentinalı futbolçu ilə müqavilə imzalayıb

Bakı klubu argentinalı futbolçu ilə müqavilə imzalayıb
# 17 iyun 2019 15:19 (UTC +04:00)

Bakının "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.

Klubdan APA-ya verilən məlumata görə, paytaxt təmsilçisi argentinalı Franko Valentin Floreslə danışıqları müsbət yekunlaşdırıb.

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. O, son mövsümü Kiprin "Alki" klubunda oynayıb.

Qeyd edək ki, "Keşlə" bunadək Rəşad Əzizli və Ruslan Qurbanovu da rənglərinə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR