Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək

Bakıda Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək
# 23 sentyabr 2019 16:41 (UTC +04:00)

AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək.

APA-nın məlumatına görə, “Grassroots Week” sentyabrın 25-də Heydər Əliyev Mərkəzinin ərazisində təşkil olunacaq.

Festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcəklər. Layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR