Bakı-APA. Konqo Demokratik Respublikasında baş verən 4,8 ballıq zəlzələ nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri qonşu Ruandada yerləşib.
Zəlzələ nəticəsində bir neçə evin dağıldığı bildirilir.