“Bazel”in qapıçısı: “Fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik”

“Bazel”in qapıçısı: “Fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik”
# 17 sentyabr 2021 09:38 (UTC +04:00)


“Gözlənildiyi kimi, çətin oyun keçdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in qapıçısı Haynz Linder Kofrans Liqasının I turunda “Qarabağ”la keçirilən oyun haqda danışarkən deyib.

Bakı Olimpiya Stadionunda baş tutan və 0:0 hesabı ilə yekunlaşan qarşılaşma ilə bağlı İsveçrə mətbuatına açıqlama verən 31 yaşlı avstriyalı qolkiper ağır oyun keçirdiklərini etiraf edib: “İkinci hissə boyu fasiləsiz təzyiq altında olduğumuzu hiss etdik. Bizim üçün çox ağır mübarizə keçdi. Bu səbəbdən nəticə bizi qane edir”.

Qeyd edək ki, növbəti turda sentyabrın 30-da “Bazel” “Kayrat”ı qəbul edəcək, “Qarabağ” isə “Omoniya”nın qonağı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR