Bu gün səhər saatlarından başlayaraq Bakının Binəqədi rayonu Xocahəsən qəsəbəsi və Səbail rayonu Bibiheybət yolu - Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə “APA-Economics”ə “Azəravtoyol” ASC-dən məlumat verilib.
Qeyd edək ki, rənglənmə işləri axşam saatlarında başa çatdırılacaq.