Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb
# 29 avqust 2019 21:02 (UTC +04:00)

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb.

APA-nın məlumatına görə, tədbir Monakoda baş tutub.

Tədbirdə qitənin 32 ən güclü komandası 8 qrupa bölünüb. Bu klublardan 26-sı yarışa birbaşa qoşulacaqsa, 6-sı təsnifat mərhələlərini adlayanlardır.

Türkiyə təmsilçisi “Qalatasaray” A qrupunda mübarizə aparacaq. İstanbul klubu PSJ, “Real” və “Brügge” ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin turlarının təqvimi də bəllidir. I dövrənin matçları sentyabrın 17-18-də, oktyabrın 1-2-də və 22-23-də, II dövrənin qarşılaşmaları noyabrın 5-6-da, 26-27-də və dekabrın 10-11-də baş tutacaq. İlk iki yerin sahibi 1/8 finala, 3-cü yerlər Avropa Liqasına vəsiqə qazanacaq.

A qrupu
PSJ (Fransa)
“Real” (İspaniya)
“Brügge” (Belçika)
“Qalatasaray” (Türkiyə)

B qrupu
“Bavariya” (Almaniya)
“Tottenhem” (İngiltərə)
“Olimpiakos” (Yunanıstan)
“Srvena Zvezda” (Serbiya)

C qrupu
“Mançester Siti” (İngiltərə)
“Şaxtyor” (Ukrayna)
“Dinamo” (Xorvatiya)
“Atalanta” (İtaliya)

D qrupu
“Yuventus” (İtaliya)
“Atletiko” (İspaniya)
“Bayer” (Almaniya)
“Lokomotiv” (Rusiya)

E qrupu
“Liverpul” (İngiltərə)
“Napoli” (İtaliya)
“Zalsburq” (Avstriya)
“Genk” (Belçika)

F qrupu
“Barselona” (İspaniya)
“Borussiya” (D, Almaniya)
“İnter” (İtaliya)
“Slaviya” (Çexiya)

G qrupu
“Zenit” (Rusiya)
“Benfika” (Portuqaliya)
“Lion” (Fransa)
“Leypsiq” (Almaniya)

H qrupu
“Çelsi” (İngiltərə)
“Ayaks” (Hollandiya)
“Valensiya” (İspaniya)
“Lill” (Fransa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR