“Əl-Qaidə” Burkina-Fasoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

“Əl-Qaidə” Burkina-Fasoda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb	 - <span style="color: red;">YENİLƏNİB
# 16 yanvar 2016 00:26 (UTC +04:00)

Bakı-APA. "Əl-Qaidə” Burkina-Fasonun paytaxtı Uaqaduquda hotelə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, hücum “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” tərəfindən təşkil olunub.

Yanvarın 15-də naməlum silahlılar Burkina- Fasonun paytaxtındakı “Splendid” hotelinə hücum edib. Dəqiqləşdirilməmiş məlumatlara görə, hadisə nəticəsində ölən və girov götürülənlər var.

Hoteldə adətən əcnəbi vətəndaşlar, beynəlxalq təşkilatların nümayəndələrinin qaldığı qeyd olunur. Fransa və Rusiyanın Burkina-Fasodakı diplomatik missiyaları insidentin terror aktı olmasını təsdiqləyiblər.

Xatırladaq ki, ötən il noyabrın 20-də Malinin paytaxtı Bamakoda “Radisson Blu” hotelində terrorçular tərəfindən ümumilikdə 170 nəfər girov götürülmüşdü. “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı”nın üzərinə götürdüyü hadisə nəticəsində 27 nəfər həyatını itirmişdi.

***

00:56

Bakı-APA. Burkina-Fasonun paytaxtı Uaqaduquda bir neçə partlayış baş verib, şəhərdə atışma səsləri eşidilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə BMT əməkdaşlarının yerləşdirildiyi “Splendid” hotelində qeydə alınıb.

Hoteldə əsasən əcnəbi vətəndaşların qaldığı bildirilir. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR