Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb
# 24 oktyabr 2023 15:59 (UTC +04:00)

Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb.

Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da keçiriləcək “Baçka Topola” (Serbiya) – “Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

Qeyd edək ki, matç “TSC Arena”da təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR