Türkiyədə 820 hərbçi ordu sıralarından xaric edilib

Türkiyədə 820 hərbçi ordu sıralarından xaric edilib
# 01 sentyabr 2016 11:42 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Quru və Dəniz Qüvvələrinin 820 hərbi qulluqçusu ordudan xaric edilib.

APA-nın "posta.com.tr” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Ordudan xaric edilən 820 hərbçidən 648-i Fətullah Terror Təşkilatının (FETÖ) iyulun 15-də ölkədə hərbçi çevriliş cəhdindən sonra həbs olunub.

Bununla, çevriliş cəhdindən sonra ordudan xaric edilən hərbçilərin sayı 4 mini keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR