Paytaxtda qonşularını qətlə yetirən iki nəfərin hər birinə 18 il həbs cəzası verilib

Paytaxtda qonşularını qətlə yetirən iki nəfərin hər birinə 18 il həbs cəzası verilib
# 09 fevral 2016 14:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Mirələkbər Səttarov və Xətai Şirinovun cinayət işi məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin hər biri 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2014-cü ilin noyabrında 1991-ci il təvəllüdlü Nihad İsmayılov evinin hamamında baltalanaraq qətlə yetirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.İsmayılovu qətlə yetirməkdə şübhəli bilinən Sabunçu qəsəbə sakinləri, öldürülən şəxsin qonşuları 1963-cü il təvəllüdlü Mirələkbər Səttarov və 1990-cı il təvəllüdlü Xətai Şirinov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR