Fernando Muslera üçün mövsüm bitib

Fernando Muslera üçün mövsüm bitib
# 14 dekabr 2021 14:46 (UTC +04:00)

“Qalatasaray” yenidən kapitanı Fernando Musleranı uzun müddətə itirib.

Apasport.az saytının məlumatına görə, təcrübəli qapıçı Türkiyə Super Liqasının XVI turunda “Sivasspor”la (0:1) səfər matçında ağır zədə alıb.

Bu üzdən 84-cü dəqiqədə əvəzlənən Uruqvay millisinin qolkiperinin sol diz iç yan bağlarında yırtıq aşkarlanıb. Həmçinin ön çarpaz bağları da xəsarət alıb. Bu səbəbdən Musleranın mövsümü başa vurduğu açıqlanıb.

Qeyd edək ki, “Qalatasaray” hazırda 23 xalla 9-cu pillədə qərarlaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR