Futbol əfsanəsi Frans Bekkenbauerin səhhətində problem yaranıb

Frans Bekkenbauer

© APA | Frans Bekkenbauer

# 23 avqust 2023 13:09 (UTC +04:00)

Almaniyanın və dünya futbolunun əfsanəsi Frans Bekkenbauerin səhhətində problem yaranıb.

APA RTL televiziyasına istinadən xəbər verir ki, bu barədə Almaniya futbol yığmasının keçmiş kapitanı Lotar Matteus bildirib.

Matteus hazırda Bekkenbauerin vəziyyətinin pis olduğunu deyib, ona şəfa arzulayıb.

Qeyd edək ki, 77 yaşlı F. Bekkenbauer Almaniya yığmasının heyətində 1972-ci ildə Avropa, 1974-cü ildə dünya çempionu olub.

O, “Qızıl top” mükafatının ikiqat qalibidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR