Futzal üzrə Azərbaycan yığması Belarusa məğlub olub

Futzal üzrə Azərbaycan yığması Belarusa məğlub olub
# 26 avqust 2019 21:53 (UTC +04:00)

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

APA-nın məlumatına görə, yığma Belarusla üz-üzə gəlib.

Matç Minskdəki MAPİD İdman Kompleksində keçirilib. Görüş meydan sahiblərinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın qollarını Xətai Bağırov, Vitali Borisov və Ramiz Çovdarov vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR