Azərbaycanın Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında anlaşma memorandumu təsdiq edilib

Azərbaycanın Dövlət Agentliyi ilə Əfqanıstan Maliyyə Nazirliyi arasında anlaşma memorandumu təsdiq edilib
# 07 sentyabr 2016 16:04 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında anlaşma memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Əfqanıstan İslam Respublikasının Maliyyə Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında 2016-cı il iyulun 12-də Kabil şəhərində imzalanmış saziş təsdiq edilib.

Dövlət Agentliyinə anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əfqanıstan İslam Respublikası hökumətinə bildiriş göndərmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR