Bakı. Hafiz Heydərov – APA. Bakıda yol qızası baş verib.
APA-nın Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. "Mercedes" və “Opel” markalı minik avtomobillərinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yol kənarında quraşdırılmış qaz sayğacı yanıb.
Digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.